CİES: Bundesliqa 1-ci, Azərbaycan Premyer Liqası 37-ci pillədə yer alıb

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) oyunbaşına orta hesabla ən çox qol vəziyyəti yaradılan və ən çox qol vurulan futbol çempionatlarını açıqlayıb.


90plus.az CİES-in rəsmi saytına istinadən xəbər verir ki, dünya üzrə 74 turnirin olduğu siyahıda Azərbaycan Premyer Liqası da yer alıb.


Azərbaycan çempionatı bu göstəriciyə görə 37-ci pillədə qərarlaşıb. Premyer Liqanın bu mövsümündə hər matçda ortalama 10,58 qol şansı qeydə alınıb. Hər qarşılaşmada ortalama 2,60 qol vurulub ki, bunların 0,22-si penaltilərin payına düşüb.


Siyahıya Almaniya Bundesliqası (12,96) başçılıq edir. Bundesliqanın geridə qalan turları ərzində hər görüşdə ortalama 3,04 qol qeydə alınıb, bunların 0,22-si penaltilərdən vurulub.


0 comments