"Ciddiyət olmalıdır. Arxayınlaşmaq olmaz"


"Narahatlıq üçün əsas yoxdur. Amma ciddiyət olmalıdır. Arxayınlaşmaq olmaz. Düzdür, tarixdə nəticə qalır. Amma Bakıdakı ilk matçda öz oyunumuzu göstərə bilməmişdik. Lissabona rahat getmək istəyiriksə, sabah qələbə qazanmalıyıq". 90plus.az xəbər verir ki, bu sözləri Serbiya millisinin futbolçusu Uroş Spayiç evdə Azərbaycana qarşı keçirəcəkləri DÇ-2022-nin seçmə mərhələsi oyunundan öncə yerli mətbuata açıqlamasında deyib.


"Rəqibə meydanda nəsə etmək imkanı verməmıliyik. Meydana inamlı çıxsaq, ilk yarım saatda üstünlüyü ələ ala bilərik. Gərginliyə düşməmək üçün erkən qol vurmaq lazımdır". "Sabah qələbə qazansaq, Portuqaliya ilə matça hazırlaşmaq üçün vaxtımız çox olacaq. Hazırda isə bu oyun daha vacibdir".

0 comments