top of page

Cimi Karrager: "Arsenal"da mövsümün ikinci yarısında geriləmə oldu, bunun səbəbi..."

“Liverpul”un keçmiş futbolçusu Cimi Karrager “Arsenal”ın cari mövsümdəki çıxışını şərh edib.


90plus.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, paytaxt klubunun heyətlə bağlı problem yaşadığını dilə gətirib:


“Londonlular çempionluq yolunda irəliləyirdilər. Mövsümün ikinci yarısında geriləmə oldu. Əsas səbəb isə heyətin geniş olmaması ilə bağlıdır. Onlar komandaya daha keyfiyyətli oyunçular cəlb etməlidirlər.


Gəlin, bu sual ətrafında düşünək: “Arsenal” sona 10 tur qalmış rəqiblərini necə 8 xal qabaqlamışdı? Çox yaxşı üstünlük əldə etmişdilər. Lakin bunu əldən verdilər. Bunu inkar edə bilmərik”.


“Topçular” ölkə çempionatının 37-ci turunda “Nottingem Forest”ə uduzub və “Mançester Siti”nin çempionluğu rəsmiləşib. Pep Qvardiolanın komandası ardıcıl üçüncü dəfə Premyer Liqanın qalibi olub.



0 comments
bottom of page