top of page

Coşqunun klubu özündən 4 pillə öndə olan komandanı uddu!

Millimizin üzvü Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyespor" Türkiyə 1-ci liqasında səfərdə "Corum"la qarşılaşıb.


90plus.az xəbər verir ki, "Ümraniyespor" oyundan qələbə ilə ayrılıb - 1:0. Yeganə qolu 34-cü dəqiqədə Dimitri Kavare vurub.

Coşqun da 69-cu dəqiqədə Emre Demirin əvəzlənməsi ilə meyana daxil olub. 


Qeyd: Hazırda turnir cədvəlində "Corum" 35 xalla 6-cı, "Ümraniyespor" isə 27 xalla 10-cudur. 

0 comments
bottom of page