top of page

Coel Matip mövsümü erkən başa vurdu!


Liverpul"un kamerunlu mərkəz müdafiəçisi Coel Matip zədə səbəbindən mövsümün sonuna qədər futbol oynaya bilməyəcək.


90plus.az xəbər verir ki, 3 dekabr tarixində "Liverpul" - "Fulhem" (4:3) matçında zədələnən müdafiəçiyə ön çarpaz bağın qopması diaqnozu qoyulub.


Komandanın baş məşqçisi Yurgen Klop bu məlumatı təsdiqləyib.


Qeyd edək ki, Matipin "Liverpul"la hazırkı müqaviləsi iyun ayında başa çatır.

0 comments
bottom of page