Cokoviç çempion oldu


90plus.az xəbər verir ki, serbiyalı Novak Cokoviç "Australian Open" tennis çempionatının qalibi olub. 33 yaşlı idmançı finalda rusiyalı Daniil Medvedevə 3 setdə qalib gəlib - 7:5, 6:2, 6:2.


Qeyd edək ki, Cokoviç ümumi karyerasında 18-ci dəfə Böyük Dəbilqə turnirlərin qalibi olub.


Turnirin ümumi mükafat fondu 61 milyon dollar təşkil edib.

0 comments