Cokoviçin deportasiyası təxirə salınıb


Avstraliya federal məhkəməsi serbiyalı tennisçi Novak Cokoviçin iddiasını təmin edib. 90plus.az xəbər verir ki, 35 yaşlı idmançının yanvarın 10-dək Melburnda qalmasına icazə verilib. Məhkəmə həmin tarixdə dünyanın bir nömrəli raketka ustası ilə bağlı yekun qərarını verəcək. Cokoviçin Avstraliyadan deportasiya ediləcəyi gözlənilir. Xatırladaq ki, ötən gün Novak Cokoviçin vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması səbəb olub. O, hazırda ölkədə sığınacaq axtaranların məskunlaşdığı "The Park Hotel"ə yerləşdirilib.

0 comments