Con Terri yuvaya dönür!


"Çelsi"nin keçmiş müdafiəçisi və kapitanı Con Terri klubun akademiyasında işə düzəlib.

90plus.az klubun saytına istinadən xəbər verir ki, o, məsləhətçi məşqçi vəzifəsində çalışacaq. Terri akademiyanın futbolçuları və məşqçiləri ilə işləyəcək. İngiltərə millisinin sabiq üzvü eyni zamanda gənc oyunçular və onların valideynləri ilə dialoq aparacaq.


Con gələn ay işə başlayacaq.

Qeyd edək ki, C.Terri 19 il – 1998-2017-ci illərdə “Çelsi”nin şərəfini qoruyub.

0 comments