top of page

Corco Kyellini: "Real"a keçməyə çox yaxın idim"

“Los Anceles”in müdafiəçisi Corco Kyellini “Real”la bağlı açıqlama verib.


90plus.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, “Yuventus”un sabiq futbolçusu vaxtı ilə La Liqa klubuna keçməyə yaxın olduğunu söyləyib:


“Real”a keçməyə çox yaxın idim, son addımlar atılacaqdı. Onların mənimlə maraqlandığını başa düşəndə şərəf hissi keçirdim. Lakin sonda “Yuventus”da qaldım. “Qoca sinyora”da əldə etdiklərimlə fəxr edirəm”.


38 yaşlı futbolçu hazırda MLS-də çıxış edir. Cari mövsümdə o, “Los Anceles”in heyətində bütün turnirlər daxil olmaqla yeddi oyuna çıxıb, bir qol vurub.



0 comments
bottom of page