top of page

Cud Bellinqem: "Hakim oyunun səviyyəsinə uyğun gəlmirdi"


İngiltərə millisinin üzvü Cud Bellinqem Fransaya qarşı keçirilmiş matç haqda danışarkən, oyunun baş hakimini tənqid edib. 


90plus.az xəbər verir ki, o, "BBC"ə açıqlamasında matçın braziliyalı baş hakimi Vilton Sampaio haqda bunları deyib:



"Dürüst olsam, düzünü desəm, yaxşı olmayacaq. Hər kəs üçün oyun pis alına bilər. Bu, həm futbolçulara, həm də hakimlərə aiddir. Məncə, hakim öz yerində deyildi. O, matçın səviyyəsinə uyğun gəlmirdi. Amma uğursuzluğun başqa səbəbləri də var. Hər şeyi hakimin üzərinə yıxmaq istəmirəm. Hakim lazımi səviyyədə deyildi. Birinci hissədə onların cərimə meydançası yaxınlığında bir neçə faulu buraxdı. Biz standart vəziyyətlərdə ölümcül dərəcədə təhlükəliyik, ona görə də onların hər biri həlledici ola bilərdi".

0 comments
bottom of page