top of page

Cüdo millimizdən tarixi nəticə: 2 Avropa qızılı, 1 Avropa gümüşü!


Azərbaycanın cüdo millisi 25-27 apreldə Zaqrebdəki Avropa çempionatında 2 qızıl və 1 gümüş qazancı ilə 1993-cü ildən bəri ən yaxşı nəticəni göstərib.


90plus.az xəbər verir ki, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb.

O, rəqibləri arasında gürcüstanlı olimpiya çempionu, bu kateqoriyanın lideri Laşa Bekaurini də məğlub edib. FOTO



73 kq çəki dərəcəsində dünya reytinqində lider olan Hidayət Heydərov karyerasında 4-cü dəfə Avropa çempionluğunun sevincini yaşadı! FOTO



İlk gündə isə Balabəy Ağayev 60 kq çəki dərəcəsində gümüş medal qazanıb. FOTO



Qeyd: Digər təmsilçilərimizdən Turan Bayramov (60 kq), Aydan Vəliyeva (52 kq), Murad Fətiyev (90 kq) və Zelim Kotsoyev (-100 kq) isə 5-ci yeri tutublar.

0 comments
bottom of page