DÇ-2022: Belçika millisinin futbolçuları arasında insident baş verib

Belçika millisinin futbolçuları Kevin De Brüyne və Tobi Alderveyreld arasında insident baş verib.


90plus.az xəbər verir ki, hadisə "qırmızı şeytanlar"ın Qətərdə keçirilən dünya çempionatında Kanadaya 1:0 hesabı ilə qalib gəldikləri F qrupunun I tur oyunu zamanı yaşanıb.


Komanda yoldaşları vurulan qolu qeyd edərkən İngiltərənin "Mançester Siti" klubunun futbolçusu taktiki məsələləri müzakirə etmək üçün yığmanın baş məşqçisi Roberto Martinesə yaxınlaşıb. Bu zaman söhbətə Alderveyreld də qoşulub və oyunçular bir-biri ilə yüksək tonda danışmağa və mübahisə etməyə başlayıblar.


Matçdan sonra açıqlama verən hər iki futbolçu münaqişənin ciddi olmadığını bildirib.

0 comments