top of page

Dünya çempionatında şahmatçılarımızın medal sayı: Sıfır!


Azərbaycan şahmatçıları Özbəkistanın Səmərqənd şəhərində keçirilən rapid və blits üzrə dünya çempionatını medal qazana bilməyiblər.


90plus.az xəbər verir ki, kişilərin rapid üzrə turnirində təmsilçilərimizdən ən yaxşı nəticəni 8 xalla 39-cu olan Teymur Rəcəbov göstərib. Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva 7 xalla 20-ci yeri tutub.


Kişilərin blits üzrə yarışında Şəhriyar Məmmədyarov (13 xalla 22-ci), qadınlar arasında isə Günay Məmmədzadə (9,5 xalla 32-ci) ən yaxşı nəticəyə imza atıblar.


Qeyd: 324 şahmatçının yarışdığı, 1 milyon dollar mükafat fondu olan dünya çempionatında Azərbaycanı 17 şahmatçı təmsil edib.

0 comments

Comentários


bottom of page