top of page

“Dəyişilməli çox şey var” Elmar Baxşıyev


Misli Premyer Liqasının 34-cü turunda "Araz Naxçıvan - Turan Tovuz" (0:1) oyundan sonra mətbuat konfransında baş məşqçilər fikirlərini bölüşüblər.


90plus.az hər iki baş məşqçinin fikirlərini təqdim edir:


"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev:

"Hər iki komandanın ifasında maraqlı oyun izlədik. Futbolçular meydanın hər zonası uğrunda mübarizə apardılar. Artıq neçənci oyundur ki, qol epizodları yaradır, amma realizə edə bilmirik. Əvəzində sadə vəziyyətdən qapımızda qol görürük.

Dəyişilməli çox şey var, lakin komandanın özəyini də saxlamalıyıq. Qarşıda iki oyunumuz qalıb, həmin matçları düşünməliyik".


Mütəxəssis rəqibin istəksiz olduğu fikri ilə razı olmadığnı deyib: "Onlar da oyun zamanı meydanın hər qarışı uğrunda mübarizə apardılar. Epizodları niyə dəyərləndirə bilmədik? Bu ayrı mövzudur. Bəzən futbolçudan konsentrasiya, bəzən isə soyuqqanlı davranmaq tələb olunur. "Araz-Naxçıvan" Premyer Liqada yenidir, daha da yaxşı olmağı lazımdır".


"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov:

“Futbolçuların psixoji durumdan çıxmaları, birliyimiz, bərabərliyimiz üçün vacib idi. Rəhbərliyimizə, azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən dəstək oldular. Oyun başlayandan etibarən nəzarətimizdə idi. Rəqibin təhlükəli əks hücumları oldu.


Birinci hissə rəqibin cərimə meydançası daxilində son toxunuşlarda qərarlarımız yaxşı olmadı. İkinci hissədə yaxşı hücumlarımız oldu. Qələbə qazandıq. Son iki oyunumuz qalıb. Ondan sonra növbəti mövsüm haqda fikirləşəcəyik".

0 comments

Comments


bottom of page