
Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov komandasının II Bundesliqanı tərk etməsinə münasibət bildirib. 90plus.az xəbər verir ki,o, "Darmştadt"a 0:6 hesabı ilə uduzduqları oyundan sonra bu barədə açıqlama verib. Nazarov karyerasında ilk dəfə aşağı liqaya endiyini söyləyib: "Bu, məni çox incidir. Komandadakı yetkin kişilərin ağladığını görmək inanılmazdır. Amma 32 oyunda 23 xal toplayırsınızsa, çempionatı tərk etməyə layiqsiniz". Qeyd edək ki, "Ertsgebirge" sona iki tur qalmış 23 xalla 17-ci pillədə qərarlaşıb.