top of page

Dadaşovdan növbəti məhsuldar ötürmə

Futbol üzrə Portuqaliya çempionatında 17-ci turun oyunları keçirilib.

90plus.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.


Sözügedən kollektiv səfərdə “Boavişta” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.


Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 71-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də məhz Dadaşov verib. Xatırladaq ki, o, ötən tur da məhsuldar ötürmə müəllifi olmuşdu.


“Tondela” 17 turdan sonra 16 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

0 comments
bottom of page