Millimizin üzvü Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" yoxlama oyunu keçirib.
90plus.az xəbər verir ki, komanda İsveçrənin 2-ci liqasında mübarizə aparan “Şafhauzen”lə qarşılaşıb. Görüş "Qrasshopper"in minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Dadaşov da bu oyunda iştirak edib. O, meydana 2-ci hissədə daxil olub və sonadək mübarizə aparıb.
