Dadaşovlu “Tondela” növbəti mərhələdə

Futbol üzrə Portuqaliya kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilir.

90plus.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun komandası – “Tondela” da növbəti matçına çıxıb.


Sözügedən kollektiv səfərdə “Kamaça” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyun “Tondela”ın 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Növbəti mərhələyə vəsiqə qazanan bu komandanın sonrakı rəqibi hələ məlum deyil.


Renat da bu görüşün iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb.

0 comments

Recent Posts

See All