Dadaşovun komandasından yarımfinalda darmadağın

Futbol üzrə Portuqaliya kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

90plus.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.


Sözügedən komanda doğma meydanda “Mafra” ilə qarşılaşıb. İlk matç “Tondela”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Renat bu görüşün 79-cu dəqiqəsində meydana buraxılıb.


Bu komandalar arasındakı cavab qarşılaşması aprelin 20-də “Mafra”nın meydanında keçiriləcək.

0 comments