top of page

Dadaşovun komandası Portuqaliya kubokunun 1/8 finalında!

Futbol üzrə Portuqaliya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

90plus.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da bu turnirdə növbəti matçına çıxıb.


Sözügedən komanda doğma meydanda “Leyksoeş”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı matç “Tondela”nın qələbəsiylə yekunlaşıb – 3:1. Beləcə, azərbaycanlı futbolçunun komandası inamlı qələbə sayəsində 1/8 finala vəsiqə qazanıb.


Renat da bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 78-ci dəqiqədə meydana buraxılıb.

0 comments
bottom of page