"Daha çox o qadınların halına yanıram"

"Ayaks"ın baş məşqçisi Erik ten Haq klubun idman direktoru Mark Overmarsın qadın həmkarlarına qeyri-etik mesajlar göndərdiyi üçün işindən azad edilməsinə münasibət bildirib.

90plus.az xəbər verir ki, AD onun söylədiklərini belə çatdırıb: "Markın insanları üzdüyünü eşitmək çox qəribədir. Buna inana, vəziyyətlə barışa bilmirəm. Əlbəttə, mənim üçün çox gözlənilməz oldu. Cəzalandırılıbsa, deməli, səbəb ciddidir...


Overmarsın bizimlə bu səbəbdən vidalaşması hamı üçün böyük zərbədir. Marka görə üzgünəm. Ancaq daha çox o qadınların halına yanıram. Baş verənlər hamımızın ürəyinə toxunub".

0 comments