"Daha çoxuna layiq idik" - Aleksey Baqa


"İkinci hissədə göstərdiyimiz oyunla bir xala layiq idik. Yaxşı çıxış etdik və rəqibə təzyiq göstərdik. Təəssüf ki, cəmi bir qol vura bildik. Daha çoxuna layiq idik".

90plus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 15-ci turunda bu gün "Səbail"lə keçirilən keçirilən görüşdən (1:1) sonra mətbuat konfransında deyib.


O, oyun ərzində hakim qərarlarına sərt reaksiya göstərməsini belə şərh edib: "Mən ancaq öz işimi və komandamın oyununu şərh edə bilərəm. Meydanda baş verən hər şey orda qalacaq. Amma mən həmin epizodla bağlı fikrimdə qalıram - Rəhim Sadıxovla bağlı qayda pozuntusu olub. Hakimliyə münasibət bildirməyəcəyəm".

Belaruslu mütəxəssis meydançanın qazonunun vəziyyəti haqqında da danışıb: "Sintetik ot prtüyüdür, fərqli keyfiyyətdədir. Belə qazon yüksək keyfiyyətli, sərt və yumşaq ola bilər. Mən bunun mütəxəssisi deyiləm. Səfərə gəlmişiksə, oynamalıyıq".

0 comments