top of page

Daha 2 boksçumuz yarımfinalı təmin etdi

Rusiyanın Yekaterinburq şəhərində Beynəlxalq Universitet İdman Festivalında boks yarışlarında üçüncü günün döyüşləri başa çatıb.


90plus.az xəbər verir ki, Yekaterinburq şəhərinin 300 illik yubileyinin qeyd olunmasına həsr edilən turnirdə Azərbaycan millisi daha 2 medalı təmin edib.


Məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Marjona Savriyeva 1/4 final döyüşünü qələbə ilə başa vurub. 50 kq çəkidə rinqə çıxan milli üzvü rusiyalı Eleonora Çaşinanı 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib.


Zeynəb Rəhimova (54 kq) da adını yarımfinala yazdırıb. Boksçumuz Nadejda Yermilova (Rusiya) ilə görüşün ilk 2 raundunu xeyrinə bitirib. Rəqib üçüncü hissədə zədələndiyi üçün Zeynəb tam üstünlüklə qələbə qazanıb.


Hər 2 idmançı yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər. Onlardan öncə Nicat Hüseynov (54 kq) və Şəmsi Şahbazov (71 kq) da festivalda 1/2 finala yüksəlib.


Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan 10 boksçu ilə təmsil olunur.

0 comments
bottom of page