Daha 2 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 2 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayacaq.

90plus.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən yarışın ikinci günündə 81 kq çəki dərəcəsində Murad Fətiyev və Hidayət Heydərov qüvvəsini sınayacaq. Fətiyev 1/16 finalda türkiyəli Vedat Albayrakla, Heydərov isə almaniyalı Niklas Blöxl ilə qarşılaşacaq. Ölkəmizdən yarışa ümumilikdə 9 cüdoçu qatılıb. İlk gündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, ötən gün start götürən Avropa çempionatına aprelin 18-də başa çatacaq.

0 comments