Daha 3 güləşçimiz bürünc medal qazana bilər!



AzərbaycanınAzərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"90plus"un məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı Rusiya təmsilçisi Məhəmməd Qurbanovla üz-üzə gəlib.

Rəqibinə 3:6 hesabı ilə uduzan Nurməhəmmədov finala çıxmaq şansını əldən verib. O, sabah bürünc medal uğrunda Andril Vlasov (Ukrayna) / Radoslav Marçinkieviç (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Əhmədnəbi Qvarzatilov (61 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) isə təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq. Onlar müvafiq olaraq, Vladimir Yeqorov (Makedoniya) və Nazim Aminlə (San-Marino) qarşılaşacaqlar.

0 comments