
"Çelsi"də zədəli oyunçuların sayı artmaqda davam edir. 90plus.az xəbər verir ki, bu dəfə Dennis Zakariya zədələndi. O, "Kristal Pelas"la matçda zədələnərək meydanı vaxtından əvvəl tərk etdi. Zədəsinin ciddi olduğunu, Dennisin ən az 1 ay yaşıl meydanlara çıxa bilməyəcəi açıqlandı.
Qeyd edək ki, həmin matç 1-0 hesabı ilə "Çelsi"nin qələbəsi ilə yekunlaşdı. Matçda yeganə qolu Kay Havertz vurdu.