Daha bir ölkədə futbol dayandırıldı

Tacikistanda  koronavirus pandemiyası səbəbindən futbol yarışları  dayandırılıb.

90plus.az yerli futbol federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mayın 10-na qədər bütün futbol oyunları təxirə salınıb.

Hökumətin əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə ictimai və idman tədbirlərinə qadağa qoymasından sonra Tacikistan Futbol Federasiyası bütün futbol yarışlarını dayandırmaq məcburiyyətində qalıb.  Çempionatın 4-cü turunun bu gününə planlaşdırılan görüşləri isə keçiriləcək. Xatırladaq ki, Tacikistan çempionatına aprelin 5-də start verilmişdi və koronavirus pandemiyasına baxmayaraq, dünyada davam edən nadir liqalardan biri idi.

0 comments