
Sabiq holland qapıçı Edvin Van Der Sar "Mançester Yunayted"in ona marağından və ehtimallardan danışıb.
90plus.az xarici mediaya istinadən xəbər verir ki, "Ayaks"da icraçı direktor kimi fəaliyyət göstərən Edvin Van Der Sar orada xoşbəxt olduğunu, amma gələcəkdə nə olacağını bilmədiyini deyib:
"Mən artıq 10 ildir ki, "Ayaks"da çalışıram. Burada çox xoşbəxtəm. Amma gələcəkdə nə olacağını yaşayıb görəcəyik".
Qeyd edək ki, Edvin 2007-2011-ci illər arası "Mançester Yunayted"in qapısını qoruyub.