Daha bir beynəlxalq tədbir ləğv edildi

Bu yay keçirilməsi nəzərdə tutulan Beynəlxalq Çempionlar Kuboku koronavirus pandemiyası səbəbindən ləğv edilib.



90plus.az-ın məlumatına görə, bu barədə yarışın rəsmi “Twitter”dəki səhifəsi açıqlama yayıb.

Bildirilib ki, oyunçuların, personalın, azarkeşlərin, matçlarda iştirak edən hər kəsin sağlamlığı və təhlükəsizliyi həmişə mühüm əhəmiyyətə malikdir. Məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağının qeyri-müəyyənliyi, həmçinin Avropa futbolu oyunlarının təqvimindəki qeyri-müəyyənlik Beynəlxalq Çempionlar Kubokunun bu yayda keçirilməsinin mümkün olmadığını göstərir.


Qeyd edək ki, Beynəlxalq Çempionlar Kuboku yayda keçirilən yoldaşlıq yarışıdır. Hər il bu turnirdə dünyanın aparıcı klubları iştirak edir.

0 comments