Daha bir beynəlxalq yarış Rusiyadan alındı

Fiqurlu konkisürmə üzrə qran-pri mərhələsi 2022/2023 mövsümündə Rusiyada keçirilməyəcək.

90plus.az xəbər verir ki, bu barədə Beynəlxalq Konkisürmə İttifaqı (ISU) qərar çıxarıb.


ISU həmçinin Rusiya və Belarusun qurumun himayəsi altındakı digər yarışlara ev sahibliyi üçün namizədliyini verməyi qadağan edib. Qərar Ukraynaya hərbi müdaxilə ilə əlaqədar verilib.


Rusiya 2026-cı ildəki Avropa çempionatına ev sahibliyi etmək üçün müraciət edib.


Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

0 comments