top of page

Daha bir boksçumuz İrəvanda erməniyə qalib gəldi


Azərbaycan əsilli daha bir boksçu İrəvanda keçirilən Avropa çempionatında erməniyə qalib gəlib.


90plus.az xəbər verir ki, 48 kq çəki dərəcəsində Gürcüstanı təmsil edən Sahil Allahverdov 1/4 final görüşündə Bareqam Harutyunyana tam üstünlüklə qalib gəlib - 5:0. Boksçu bununla ən azı bürünc medalı təmin edib.


Qeyd edək ki, daha əvvəl Ukrayna millisində çıxış edən azərbaycanlı boksçu Elmir Nəbiyev 54 kq çəki dərəcəsindəki ilk görüşündə Ermənistan təmsilçisi Canik Sahakyandan güclü olub - 3:2.

0 comments
bottom of page