Daha bir cüdoçumuz Avropa Çempionatında medal qazanıb


Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.


90plus.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan 29 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə macarıstanlı Kristian Totu məğlub edib. O, rəqibini qızıl xal bölümündə cərimə xalları hesabına yenməyi bacarıb.


Bu, Azərbaycan yığmasının Avropa çempionatında 3-cü mesalı olub. Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.

0 comments