Daha bir cüdoçumuzdan bürünc medal

Azərbaycan cüdoçusu Murad Fətiyev Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.

90plus.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Antuan Valya-Fortye (Kanada) ilə üz-üzə gəlməli idi.

Rəqib görüşə çıxmadığı üçün Fətiyev qalib elan olunub.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal əldə edib. Onun da rəqibi qarşılaşmaya çıxmamışdı.

0 comments