top of page

Daha bir futbolçu Səudiyyə Ərəbistanını seçdi

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Taavun” “Nant”ın müdafiəçisi Andrey Girottonu transfer edib.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Braziliyalı futbolçu 2017-ci ildən Liqa 1 klubunda forma geyinirdi. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 48 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.


2023/24 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves, Eduard Mendi, Roberto Firmino, Fabinyo kimi futbolçular karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.


Kriştiano Ronaldo isə 2022/23 mövsümündən “Əl-Nəsr”də forma geyinir.


0 comments
bottom of page