Daha bir futbolçumuz Gürcüstan klubunda

"Qarabağ"la müqaviləsinə xitam verən Ruslan Hacıyev karyerasını Gürcüstanda davam etdirəcək.


90plus.az xəbər verir ki, bu barədə Hacıyev özü məlumat verib. O, qonşu ölkənin "Samtrediya" klubuna keçdiyini bildirib. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb. O, yeni komandasında 19 nömrəli forma ilə çıxış edəcək.


Qeyd edək ki, Hacıyev son mövsümü icarə əsasında "Səbail"də keçirib.

0 comments

Recent Posts

See All