Daha bir güləşçimiz lisenziya qazandı!

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.


"90plus"un məlumatına görə, 87 kq-da yarışan idmançı final yolunda isveçrəli Ramon Betşart ilə üz-üzə gəlib.


Rəqibini məğlub edən Abbasov yarışın həlledici qarşılaşmasına vəsiqə qazanmaqla yanaşı, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edib.



Bu, Azərbaycanın yunan-Roma güləşi üzrə ilk olimpiya lisenziyasıdır.


85 kq-dakı Murad Məmmədov isə yarımfinalda Almaniya təmsilçisi Etienne Kinsinqerə uduzmaqla lisenziya şansını əldən verib.

0 comments