
"Mançester Yunayted" daha bir hollandiyalı futbolçuya "tamah salıb". 90plus.az xəbər verir ki, Erik Ten Haqın bu dəfə radarına "İnter"dən Denzel Dumfriz düşüb. Erik Ten Haq yerlisinin xidmətində maraqlıdır.
"İnter" klubu isə Denzelə görə qarşı tərəfdən 40-50 milyon avro arası məbləğ tələb edir. "Mançester Yunayted" isə transferi 35 milyon avroya bitirmək fikrindədir.