top of page

Daha bir klub Super Liqadan çəkildi


"Yuventus" Avropa Superliqası ideyasından geri çəkilib.

90plus.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi nəzərdə tutulan turniri yaratmağa çalışan digər iki klub -  "Real" və "Barselona"nı bu barədə məlumatlandırıb. 


"Yuventus"un Superliqadan çıxmaq üçün hüquqi prosedurlara başladığı bildirilir.  Layihədən çəkilmə prosesi bir neçə həftə vaxt aparacaq. Klubun bu barədə qəti qərar verdiyi qeyd edilib.

Xatırladaq ki, 2021-ci ilin aprelində 12 top klub Avropa Superliqasının yaradıldığını elan edib. Bunlar "Mançester Siti", "Arsenal", "Mançester Yunayted", "Liverpul", "Tottenhem", "Çelsi", "Barselona", ​"​Real", "Atletiko", "İnter", "Milan" və "Yuventus" olub. Nəzərəd tutulan layihə birmənalı qarşılanmayıb. UEFA isə bu klublara qarşı sərt addımların atılacağını açıqlayıb. Bundan sonra əksər klublar layihədən çəkildiklərini elan ediblər və yalnız üç iştirakçı Superliqada qalıb - "Barselona", "Real" və "Yuventus".

0 comments
bottom of page