
Qana Futbol Federasiyasının prezidenti Kurt Okraru Rusiya millisi ilə yoxlama görüşünün keçirilməsinin əleyhinə olmadığını bildirib.
90plus.az "Sport24"ə istinadən xəbər verir ki, o deyib: “Biz Qana və Rusiya milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsində maraqlıyıq. Hələlik Rusiya Futbol Federasiyası ilə danışıqlar aparılmır. Lakin bizim Qanada görüş təşkil etmək istəyimiz var”.
Rusiya və Qana milli komandaları arasında ilk və yeganə oyun 2016-cı ilin sentyabrında keçirilib. Moskvanın “Lokomotiv” stadionunda oynanılan yoldaşlıq matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisinə silahlı müdaxiləsinə görə ölkənin yığma komandası və klubları ötən ildən beynəlxalq yarışlardan kənarlaşdırılıb.