Daha bir sabiq prezident koronavirusdan vəfat etdi

Ukrayna Futbol Federasiyasının sabiq prezidenti Vasiliy Fedoryuk koronavirusdan ölüb.



90plus.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, 72 yaşında pandemiyanın qurbanı olub.

Qeyd edək ki, Fedoryuk 1993-1998 və 2007-2010-ci illərdə Ukrayna Futbol Federasiyasının rəhbəri vəzifəsində çalışıb.


Xatırladaq ki, bundan əvvəl sabiq prezidentlər - Pap Diuf ("Marsel"), Kes Bekker ("Vitess"), Lorenso Sans ("Real") koronavirusdan dünyasını dəyişib.

0 comments