Daha bir top klub Hakan Çalhanoğlu ilə maraqlanır!



"90plus" "Football İtalia"ya istinadən xəbər verir ki, "Arsenal" türk yarımmüdafiəçi ilə maraqlanır.


Futbolçunun İtaliya təmsilçisi müqaviləsi iyunun 30-da başa çatacaq və bundan sonra azad agent olacaq. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gəlməyiblər.

Qeyd edək ki, Hakanı "Yuventus", "Barselona", "Liverpul" və "Çelsi" transfer etmək istəyir.

0 comments