top of page

Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına gedir

Portuqaliyalı yarımmüdafiəçi Ruben Neves “Vulverhempton”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçidini tamamlayıb.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu tibbi müayinədən keçib və klubla 3 illik müqavilə imzalayıb.


“Vulverhempton” Neves üçün 55 milyon avro alacaq.Transferin bu həftə rəsmi olaraq açıqlanacağı gözlənilir.


Ruben Neves 2017-ci ildən İngiltərə klubunda çıxış edirdi. Portuqaliyalı futbolçu “Vulverhempton”a “Portu”dan keçmişdi.


O, 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 35 oyun keçirib, altı qol vurub və bir məhsuldar ötürmə edib.

0 comments
bottom of page