
“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə uduzaraq (0:1, penaltilər seriyası - 3:5) mübarizəni dayandırdıqları cavab oyunu ilə bağlı "İnstaqram" hesabında paylaşım edib.
90plus.az xəbər verir ki, millisinin də üzvü olan 26 yaşlı müdafiəçi komandanın fotosunu paylaşaraq yazıb: “Bu son deyil. Biz daha güclü şəkildə qayıdacağıq”.