Daha iki futbolçu "Şöhrət zalı"nda

İngiltərə Premyer Liqanın "Şöhrət zalı"na daxil edilən daha iki futbolçu müəyyənləşib.

90plus.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, bunlar "Mançester Yunayted"in sabiq futbolçusu Roy Kin və "Çelsi"nin keçmiş oyunçusu Frenk Lemparddır.

Roy Kin 1993-cü ildən 2005-ci ilə qədər "Mançester Yunayted"də oynayıb. "Qırmızı şeytanlar"la 7 dəfə İngiltərə çempionu olan Kin 4 İngiltərə kuboku və eyni sayda Superkubokunu qazanıb.

Lempard isə 2001-2014-cü illər arasında "Çelsi"nin şərəfini qoruyub. O, 3 dəfə İngiltərə çempionu, 4 dəfə kubok, 2 dəfə isə Superkuboku qazanıb.

Qeyd edək ki, bundan əvvəl "Arsenal"ın əfsanəvi futbolçusu Tyeri Anri, çempionatın bombardiri Alan Şirer və "Mançester Yunayted"in sabiq oyunçusu Erik Kantonanın adı "Şöhrət zal"ına salınıb.

0 comments