Daha iki klub məşqləri dayandırdı 

"Qəbələ" və "Səbail" də fəaliyyətini müvəqqəti dayandırmağa qərar verib. 90plus.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün idman növləri üzrə məşq fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcək. Xatırladaq ki, daha öncə “Neftçi”, “Sumqayıt” və "Sabah" da bütün komandaların məşqlərinə fasilə verildiyini açıqlamışdı.

0 comments