top of page

Dani Alveşin tələbi yerinə yetirilmədi


"Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveş həbsdən zaminə buraxılmayacaq.

90plus.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.

Alveşin vəkilləri onun zaminə buraxılması üçün məhkəməyə müraciət ediblər. Lakin Barselona məhkəməsi müdafiə tərəfinin müvafiq tələbini rədd edərək, braziliyalının zorlama işi üzrə məhkəməyə qədər istintaq təcridxanasında qalmasına qərar verib.

Məlumata görə, futbolçunun vəkilləri həbs müddətini elektron izləmə qolbağının istifadəsi və pasportun müsadirəsi kimi digər tədbirlərlə əvəz etməyi təklif ediblər. Onlar həmçinin Alveşi hər gün məhkəmədə yoxlamağa razılaşıblar.

Xatırladaq ki, braziliyalı müdafiəçi gecə klubunda qıza təcavüz etməkdə ittiham olunaraq həbs edilib. Onu 12 ilə qədər həbs gözləyir. Bu iş üzrə məhkəmənin vaxtı məlum deyil.

0 comments
bottom of page