Dani Kintananın transferi rəsmiləşdi

"Qarabağ"ın sabiq futbolçusu Dani Kintanın Polşa "Yagelloniya"sına keçidi rəsmiləşib.

90plus.az klubun saytına istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, sözügedən klubda 77 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Kintana 2015-2020-ci illərdə Ağdam təmsilçisində çıxış edib. Daha sonra o, Çinin birinci liqa təmsilçisi "Çendu Better Siti"yə transfer olunub.

Xatırladaq ki, Kintana 2013-2015-ci illərdə də "Yagelloniya"da oynayıb.

0 comments