Dani Kintananın yeni klubu

"Qarabağ” Dani Kintana ilə yolları ayırıb.

90plus.az-ın xəbərinə görə, klubun rəsmi Feysbuk səhifəsi “Təşəkkürlər, Kintana” başlıqlı video paylaşıb. Videoda Ağdam klubunun bugünkü məşqində futbolçuların Danini atıb-tutduğu görünür. Qeyd edək ki, ispan futbolçunun karyerasını Çində davam etdirəcəyi gözlənilir. Xatırladaq ki, 32 yaşlı yarımmüdafiəçi 2015-ci ildən Ağdam klubunda oynayırdı. "Qarabağ" Dani Kintananın klubdan ayrılması ilə bağlı rəsmi məlumat da yayıb. Məlumatda deyilir ki, Dani bu gün komandada sonuncu məşqinə çıxıb. İspaniyalı yarımmüdafiəçi Çinin "Chengdu Better City" klubuna (birinci liqada çıxış edir - red.) transfer olunub. O, bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Tailandda davam edən düşərgəsinə yollanacaq. 2015-ci ildə "Qarabağ"a transfer olunan Kintana 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Ağdam klubu Kintanaya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

0 comments