Danimarka millisinin üzvü Bakıdakı oyun haqqında danışıb


Danimarka millisinin üzvü Simon Ker Bakıda Avro-2020-nin 1/4 finalında Çexiyaya qarşı keçirəcəkləri matç haqqında danışıb.


90plus.az xarici KİV-lərə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi deyib:


"Hələ heç nə bitməyib. Uelslə görüşdə (0:4) olduğu kimi bu matçda da eyni münasibət və həvəslə oynamaq niyyətindəyik. Qızıl medallar hələ uzaqdadır. Amma qələbəyə susamaq hissi güclüdür".


Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka matçı 20:00-da başlayacaq.

0 comments