Danimarka yarımfinalda! Ukrayna İngiltərəyə qarşı...


Bu gün Avro-2020-də 1/4 final mərhələsinə yekun vurulacaq. 90plus.az xəbər verir ki, sonuncu oyun günündə nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb. Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka milliləri qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn Danimarka yarımfinala yüksəlib. Günün və mərhələsinin son görüşündə isə İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq. Qeyd edək ki, daha əvvəl Bakıda A qrupunun 3 oyunu keçirilib. 3 iyul 1/4 final 20:00. Çexiya - Danimarka - 1:2 Qollar: Dileyni, 5 (0:1), Dolberq, 42 (0:2), Şik, 49 (1:2) Baş hakim: Byörn Kuypers (Niderland) Bakı. Bakı Olimpiya Stadionu 23:00. Ukrayna - İngiltərə Baş hakim: Feliks Brix (Almaniya) Roma. "Olimpiko" stadionu 2 iyul 23:00. Belçika - İtaliya - 1:2 Qollar: Barella, 31 (0:1), İnsinye, 44 (0:2), Lukaku, 45+2 pen. (1:2) Baş hakim: Slavko Vinçiç (Sloveniya) Münhen, "Münhen Futbol Arenası" 20:00. İsveçrə - İspaniya - 1:1 (Penaltilər seriyası - 1:3) Qollar: Zakariya, 8-avtoqol (0:1), Şakiri, 68 (1:1) Qırmızı vərəqə: Freuler, 78 (İsveçrə) Baş hakim: Maykl Oliver (İngiltərə) Sankt-Peterburq, "Sankt-Peterburq Arena"




0 comments